manera.az
manera.az

Maska cəriməsi yazılan Əhmədalı - Yeni Hekayə

Maska cəriməsi yazılan Əhmədalı - Yeni Hekayə
MANERA.AZ Rövşən Yerfinin "Maska cəriməsi" hekayəsini təqdim edir:

Gün günortadan keçmişdi. Kəndə səhərdən yağan bəyaz qar qış günəşinin süzgün şüaları altında bərq vururdu. Ciyərdolusu nəfəs almalı, qar ətirli təmiz hava vardı.

Üstəlik yumşaq qarın ayaq altında xırçıldaması adama tam bir ayrı ləzzət verirdi. Adam yorulmurdu, kimsəsiz qalmış kəndin boş küçələri ilə gəzdikcə gəzmək istəyirdin.

Heyvan saxlayıb ona qulluq etmək istəməyən həmkəndliləri iş arxasınca şəhərlərə getdiyindən Əhmədalı kənddə demək olar ki, tək qalmışdı. Harasa köçmək istəməyən, yaşı təqaüdə yaxınlaşan bu kişiyə kəndin təmiz suyu, havası şəhərin bütün rahatlıqlarından üstün idi.

Əhmədalının yadına düşdü ki, tövlədəki inəklə dananı arxa aparıb sulamaq vaxtıdı. Heyvanlar tövlənin qaranlığından çıxıb bir az təmiz hava alarlar, həm də gündəlik içməli su normasını qəbul edərlər.

O, tələsmədən inəklə dananı kənd yolunun aşağısındakı arxdan su içirdib geriyə qayıdanda küçə ilə üzü ona tərəf polis maşınını gördü. Deyəsən yuxarı dağ kəndindən gəlirdi. Polisin ayda bir dəfə "əmin-amanlıq” üçün rayonun ucqar kəndlərini gəzməyindən xəbərdar idi. Yəqin yenə "reydə” çıxmışdılar.

Maşın onun bərabərinə çatanda yavaşıyıb dayandı. Ağız burnunu tibbi maska ilə örtmüş orta yaşlı bir polis maşından düşüb onu səslədi:

-Vətəndaş!..

Əhmədalı ayaq saxladı, axı ondan başqa yaxınlıqda başqa kimsə da yox idi:

-Eşidirəm, nə lazımdır?

-Vətəndaş niyə qoyulan qaydalara əməl etmirsiz, tələbləri pozursuz?

Əhmədalı təəccübləndi:

- Mən qaydamı pozuram? Hansı qanunu?..

-Vətəndaş, bilirsiz ki, pandemiya vaxtıdı, televizora baxırsan? Hər gün karonavirusdan dünyada minlərlə insan həyatdan köçür. Vəziyyət o dərəcəyə çatıb ki, artıq açıq havada da tibbi maskasız gəzməyə icazə verilmir. Göstərişə məhəl qoymayanlar 100 manat cərimələnirlər. Bu cərimə ona görədir ki, siz özünüzdə məsuliyyəti artırasınız, özünüzün və doğmalarınızın sağlamlığını qoruyasınız, biganə qalmayasınız. Qısası, maskasız olduğunuz üçün yüz manat cərimələnirsiz...

Polis qoltuğundakı papkadan ağ vərəq və qələm çıxardı.

-Yoldaş polis,..

Polis etiraz etdi: -Yoldaşsız! Yoldaş qaldı keçmişdə...

-Yaxşı, müəllim, bəy də sizlik deyil, cənab polis! Bu kənddə dağılmayan iki ev qalıb, biri mənimdi, biri də kəndin o biri başındadı. O da köçüb qışlağa, evinə yayda gəlir. Maskasız gəzib bu boş, dağ kəndində kimi yoluxdururam? Sizin dediyiniz şəhərə, çox insanlar yaşayan yerlərə aiddi...

-Vətəndaş, qayda, tələb hamıya şamildir. Göstərişdə kənd, şəhər yazılmayıb. Yazılıb ki, təkcə qapalı məkanlarda, insanların çox olduğu yerlərdə yox, açıq havada da maskadan istifadə edilməlidir. Evindən çıxdın, maskanı taxmalısan. Siz də taxmamısız, adınızı, soyadınızı deyin cəriməni rəsmiləşdirim.

Əhmədalı gördü ki, bu polis tutduğunu buraxan adama oxşamır. Beləsi ilə lazımdı işi xoşluqla yola verəsən. Yoxsa, etiraz etsə, cərimənin haqsızlığının sübutu üçün iki-üç dəfə rayona məhkəməyə getməli və gərəksiz məsrəflərə azı əlli manat xərc çəkməli olacaqdı.

-Cənab polis, gəlin insaflı olun, yüz manatım yoxdur, yarısı ilə razılaşaq, məsələ bitsin. Mən daha qələt edərəm maskasız gəzərəm, yatanadək çıxarmayacağam üzümdən...

Polis gülümsündü, bir anda nuraniləşdi: -Görürəm zəhmətkeş, ağsaqqal adamsan. Boğaz kəsənlik heç Allaha da xoş getməz. Yaxşı, rəsmiləşdirmirəm, yarısını ver, bəsdi.

Əhmədalı ürəyində şükür etdi ki, Allahı sevən polisə rast gəlmişdi. Qardaşın qardaşa köməyinə ümidi olmadığı belə zamanda, günün günorta çağı heç nədən kim adama əlli manat güzəşt edə bilərdi?..

O, bi az cibindən, bir az da evindən əlli manatı düzəldib polisi yola saldı.

İnəklə dananı tövləyə salanda ağlına gəldi ki, heyvan olanda nə olar, bunlar da canlıdı, ciyərlərinə hava alırlar, adam kimi qəfil karonavirusa yoluxa bilərlər. Polis düz deyirmiş, maska taxılmalıdır, özü də tövlə sayılan qapalı məkanda... Elə o günortanın axşamından Əhmədalı qayda-qanuna əməl edib tövlədə də nəfəsini qoruyan maskanı çıxarmırdı.

Düşünürdü ki, bəlkə, inəklə danaya da çölə çıxanda istifadə üçün buynuzlarından asılan maska hazırlasın. Birdən günlərin birində onlara görə də maska cəriməsi tələb edərlər../yarpaq.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031