manera.az
manera.az

İnsan kimdir? - Ölmək istəməyən intiharçı|MANERA.AZ

📅 10.03.2017 19:05

İnsan kimdir? - Ölmək istəməyən intiharçı|MANERA.AZ



“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara tanınmış jurnalist Nicat Qafuroğlu cavab verir.

-Niyə varsan?

- Bu, mənim iradəmlə baş verməyib.

-Niyə yox olacaqsan?

- Cismən hamıda belə olur.

-Niyə yazırsan?

- Oxunmaq, sonra bəlkə xatırlanmaq, yaşamaq üçün.

- Yaşamaq nədir?

- Doğumla ölüm arasındakı küy.

- Ölüm nədir?

- Sonrasını dəqiq bilmədiyimiz ən dəqiq fakt.

- Ədalət nədir?

- Güclünün mövqeyi.

- Azadlıq nədir?

- İlğım kimi bir şey.

- Yaradıcılıq nədir?

- Ruhun şöhrəspərəstlik, ölməzlik ehtiyacından doğan nəsnələr.

- İnsan kimdir?

- Ölmək istəməyən intiharçı.

Tural İsmayılov,
MANERA.AZ


Baxış sayı - 2 453 | Yüklənmə tarixi: 10.03.2017 19:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031