manera.az
manera.az

Payız, səndən bir ricam var - Şeir

📅 28.10.2020 06:32

Payız, səndən bir ricam var - Şeir
Manera.az kimya müəllimi Ülviyyə Eyyubovanın şeirini təqdim edir:

Payız, səndən bir ricam var,
Çox tələsmə...
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir torpaqları,
Döyüşlərdə əsgəri var...
Tanrı olsun onlara yar.

Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən.
Bir az bəslə buludları ətəyində
Üşüməsin əsgərimin əli silah tətiyində.

Xəsislik et, gözəl payız,
Torpağıma su qatanda...
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda.

Dumanını ahəstə çək
Naxışları nəmli payız
Vətənimin nər həsrətli dağlarına...
Hərarətin qüvvət versin
Alnı açıq zirvələrə bayraq sancan
İgidlərin qollarına.

Payız, səndən son ricam var
Gözü yolda olanlara
İgidlərdən xoş xəbərlər
Gətir nübar.
Qoy, bu payız müjdə versin mərd xalqıma
Qələbədən, zəfərdən bar!

Payız, səndən bir ricam var - Şeir


Baxış sayı - 3 058 | Yüklənmə tarixi: 28.10.2020 06:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930