manera.az
manera.az

"Bir payız sevdası" - Şahin Sərdarlının şeiri

📅 25.11.2016 09:00

"Bir payız sevdası" -  Şahin Sərdarlının şeiri
Şahin Sərdarlı

Bir payız sevdası

Gözü yaşlı qalma, payız,
Göz yaşını siləmmərəm.
Yarpağımı salma, payız,
Mən saçını kəsəmmərəm.

Söylə mənə, hara gedir,
Qocalmış ayaq izləri.
Zədələnir ayaqlarım,
Qalır daş-qalaq izləri

Məni belə sevmə, payız,
Əriyərəm, dözəmmərəm.
Tək telini yerdə görsəm,
Addım atıb gəzəmmərəm.

Nərə çəkib, silkələyir,
Biz xəzana boyanırıq.
Yəqin, gəlib söhbət edir,
Kəlmə-kəlmə islanırıq!

Dərdə düşsəm, dinmə, payız,
Mən bu dərdlə öləmmərəm.
Leyli kimi sevsən, məni,
Kor gözümlə görəmmərəm!

İməkləyib addım atıb,
Qanad açıb, uça bilsəm.
Şahin olsam, havalarda,
Sınaqlardan keçə bilsəm.

Arzuları alma, payız,
Qanadlarım qırılmasın.
Dilə dişə salma, payız,
Saçlarım da ağarmasın.

MANERA.AZ


Baxış sayı - 2 865 | Yüklənmə tarixi: 25.11.2016 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930