manera.az
manera.az

İndi hər yurd anadır, hər yan Azərbaycandır - ŞEİR

📅 01.10.2020 08:18

İndi hər yurd anadır, hər yan Azərbaycandır - ŞEİR

***
İndi addımlar ibadət sayılan xidmətdir
İndi xəncərlər ədalət dağıdan qüdrətdir
İndi torpaqlar iqamət yeri yox, cənnətdir
İndi hər yurd anadır, hər yan Azərbaycandır!
İndi, məhz indi Azərbaycan Azərbaycandır!

İndi qeyrətlilərin nərəsi dünyanı tutub
İndi azadlığa çağrış səsi dünyanı tutub
İndi gur səsli zəfər nəğməsi dünyanı tutub
İndi şirtək oxuyan meydan Azərbaycandır!
İndi, məhz indi Azərbaycan Azərbaycandır!

İndi gözlərdən ümidlər tökülür, yaş da gəlir
İndi qardaşının imdadına qardaş da gəlir
İndi A hərfi misalında adın başda gəlir
“Zər” vətən mülkü, “bay” əsgər, “can” Azərbaycandır!
İndi, məhz indi Azərbaycan Azərbaycandır!

Mən də mənfur yağının dəfinə mənfur yağıyam
Mən də qardaşın itirmişlərə dərd ortağıyam
Mən də torpağımın axır bir ovuc torpağıyam
Sor məzarın deyəcək Pünhan Azərbaycandır!
Hamı qoy görsün Azərbaycan Azərbaycandır!

/kulis.az/
Pünhan Əzimli
şair, qəzəlxan


Baxış sayı - 1 395 | Yüklənmə tarixi: 01.10.2020 08:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930