manera.az
manera.az

25 yaşlı göz dağı - ŞEİR |MANERA.AZ

📅 26.02.2017 18:30

25 yaşlı göz dağı   - ŞEİR  |MANERA.AZ
Afaq Şıxlı

Xocalı


Nə vaxtdı bu yerdə açılmır sabah...
Açılmır tilsimli kilidlər kimi!
Elə ağırdı ki, yükü sözlərin,
Qələm də sınacaq ümidlər kimi!

Mübarək elimin namusu torpaq
İndi yağıların qucağı olub!
Xocalı dərdimiz bir şəhid kimi
25 yaşlı göz dağı olub!

Dolmasın neyləsin nifrətlə ürək?
Hər yurdda boş qalan igid yeri var!
Vətən oğulları qaytarmır deyə,
Oğul doğurmağa qorxur analar!

Kora da bəllidir bu aciz durum -
İrəli getməkdən geri qalmışıq!
Bu günü ilbəil yaşayaq deyə
Ölənlə ölməyib diri qalmışıq?!

...Elə ağırdı ki yükü sözlərin,
Qələm də sınacaq ümidlər kimi!
Həqiqət yolunda keçib canından
Qanına bulanır şəhidlər kimi!





Baxış sayı - 1 948 | Yüklənmə tarixi: 26.02.2017 18:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930