manera.az
manera.az

Yeni serial mövsümü başlayır

📅 18.09.2020 15:00

Yeni serial mövsümü başlayır
Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır.

Manera.az xəbər verir ki, "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir:

Azərbaycan teleməkanında maraqla izlənən, “Youtube” kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı “UÇURUM” serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftə içi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan “BİR QADIN” serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftə içi dörd gün yayımlanacaq.




Baxış sayı - 532 | Yüklənmə tarixi: 18.09.2020 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031