manera.az
manera.az

Musiqili Teatr 111-ci mövsümünə başlayır

📅 17.09.2020 09:47

Musiqili Teatr 111-ci mövsümünə başlayır
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü onlayn açıq elan edəcək.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, həmin gün Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan “Ər və arvad” musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək.

Sentyabrın 19-da “O olmasın, bu olsun”, 20-də “Arşın mal alan” səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq.

Xatırladaq ki, müvəqqəti də olsa, hələ ki, bu üsulla teatrın layihələri davam edəcək.


Baxış sayı - 610 | Yüklənmə tarixi: 17.09.2020 09:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930