manera.az
manera.az

Kukla Teatrı 87-ci mövsümünə hazırlaşır

📅 03.08.2018 16:22

Kukla Teatrı 87-ci mövsümünə hazırlaşır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə hazırlaşır.

MANERA.AZ xəbər verir ki, yeni mövsüm sentyabrın 15-də “Qırmızıpapaq” və “Durnabalığı” tamaşaları ilə açılacaq. Teatrın baş rejissoru Qurban Məsimovun “Qırmızıpapaq” tamaşası Şarl Perronun eyniadlı nağılının motivləri əsasında səhnələşdirilib.

“Durnabalığı” tamaşası “Durnabalığının buyruğu ilə” rus xalq nağılının motivləri əsasındadır. Quruluşçu rejissor Anar Məmmədov, quruluşçu rəssam Əfşan Əsədovdur.

Yeni mövsümdə teatr “Əlibaba və qırx quldur”, “Göyçək Fatma”, “Şəngülüm, Məngülüm”, “Tıq-Tıq və Taq-Taq”, “Cik-Cik xanım”, “Karlson”, “Gözəl və bədheybət”, “Çipollino” və “Üç muşketyor” tamaşalarını da təqdim edəcək.


Baxış sayı - 1 275 | Yüklənmə tarixi: 03.08.2018 16:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031