manera.az
manera.az

“Təhminə və Zaur ” romanı əsasında serial çəkilir

“Təhminə və Zaur ” romanı əsasında serial çəkilir
Xalq Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və ya “Təhminə və Zaur ” romanı əsasında serial çəkilişinə start verilib.

MANERA.AZ xəbər verir ki, Media Master şirkəti tərəfindən çəkilən serialın rejissoru Sain Qəhrəman, ssenari müəllifləri Reyhan İsayeva, Günel Eyvazlı, Nicat Dadaşov və Elçin Muradovdur.

Ekran işində Təhminə obrazını Natavan Ələkbərova, Zaur obrazını Cövdət Şükürov, Spartak obrazını isə Cavidan Novruz canlandıracaq. Serialda həmçinin əməkdar artist Firdovsi Atakişiyev, aktyor Kazım Abdullayev, aktrisa Nərgiz Əliyeva və başqaları da yer alacaq.

Qeyd edək ki, Media Master şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Şirkət bu illər ərzində “Sənə inanıram”, “İkinci bahar”, “Məryəm”, “Tufanlı səma”, “Sarı gəlin”, “Ögey ana, “Sənin deyil” kimi serialları, “Sadəcə sev” filmini ekranlaşdırıb. Şirkət tərəfindən hal-hazırda ARB telekanalında “Könül yarası” serialı və ATV telekanalında yayımlanacaq “Təhminə və Zaur” serialları çəkilir.

“Təhminə və Zaur” serialı sentyabr ayından ATV kanalında izləyicilərin görüşünə gələcək../edebiyyatqazeti.az/
“Təhminə və Zaur ” romanı əsasında serial çəkilir
“Təhminə və Zaur ” romanı əsasında serial çəkilirБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31