manera.az
manera.az

“YUĞ” yeni mövsümü “Sonuncu” tamaşası ilə açacaq

“YUĞ” yeni mövsümü “Sonuncu” tamaşası ilə açacaq
Azərbaycan Dövlət "YUĞ” Teatrı yeni mövsümü sentyabrın 22-də açacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, sənət ocağı 30-cu mövsümünə Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış "Sonuncu” tamaşası ilə başlayacaq. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur.

Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Sentyabr ayında "YUĞ” Dövlət Teatrında ümumilikdə beş tamaşa nümayiş olunacaq. Teatr sentyabrın 23-də "Fəna” , 28-də "Medeya.Sekvensiya-01”, 29-da "Təklif. Elçilik”, 30-da isə "Quş dili” tamaşaları ilə tamaşaçıların görüşünə gələcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031