manera.az
manera.az

"Ulduz" jurnalının oktyabr sayı

"Ulduz" jurnalının oktyabr sayı
"Ulduz" jurnalının oktyabr sayı işıq üzü görüb.

Jurnalın bu sayı Məti Osmanoğlunun ekspert rəyi ilə açılır.

Bundan başqa, dərgidə Təranə Vahidin özüylə söhbəti və hekayələri, İntiqam Yaşar, Xatirə Xatun, Xalid Mahmud, Rüfət Sabirli, Mahirə Nağıqızı, Saqif Qaratorpaqın şeirləri, Həcərin, Vasif Əlihüseynin və Nicat Həşimzadənin hekayələri də yer alıb.

Elmar Vüqarlı, Ay Bəniz Əliyar, Qəşəm Nəcəfzadə, K.M.Cumakadirova, Əlizadə Ələsgərli və Kamil Əfsəroğlunun publusistik yazıları jurnalın bu sayına əlavə rəng qatır.

"Dərgidə kitab"da mərhum Nurəngiz Günün "Tanrı bəşər övladıdır" povesti dərc edilib. Ənənəvi olaraq "Qısa fikirlər xəzinəsi"ndə dəyərli fikirlərlə də tanış olmaq imkanınız olacaq.

Budəfəki "ulduzlu nəşrlər" seriyasında Taleh Mansurun "Cənnətlik günah" kitabı da jurnalla birgə oxucularla görüşmək imkanı qazanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728