manera.az
manera.az

Afroditanın göz yaşları... - VƏFA MÜRSƏLQIZI yazır | MANERA.AZ

    Afroditanın göz yaşları... - VƏFA MÜRSƏLQIZI yazır | MANERA.AZ

Dünyada sevginin olmadığı bir xanə, bir hücrə, bir ev, bir məmləkət yoxdur. Amma sevməyi bacarmayan adamlar hər yerdə var. Bu adamlar barsız ağac kimi, rəngsiz şəkil kimidir. Yazıqdır bu adamlar. Mən uşaq olanda qonşuluqda bir oğlan yaşayırdı. Gəncliyi də, sevgisi də Qarabağ döyüşlərinə təsadüf etmişdi. Döyüşdə minaya düşmüşdü, üzünün tən yarısını mərmi dağırmışdı Bütün uşaqlar kimi mən də ondan qorxurdum.Amma bütün uşaqlardan fərqli olaraq özümü tox tutur, yanından keçəndə çalışırdım ki, mənim ondan qorxduğumu hiss etməsin.Sonra bir gün o oğlanın toyu oldu. Bu toy haqda analarımız uzun müddət danışdılar. O vaxtlar aktrisaların bic dünyaya gətirdiyi uşaqlar, arvadını baltalayan “qeyrətli” kişilər, həbsxanada uşaq doğan lamiyələr, transvarmatorların içində sevişənlər, şou biznes əhlinin od qiymətinə aldığı ayaqqabılar haqda məllumatlar olmadığından qadınlar elə yan-yörələlərindəki hadisələri müzakirə etməklə kifayətlənməli olurdular.

Hamını Azərbaycansayağı bir sual düşündürdü. Görəsən o qız o oğlanınm nəyinə ərə getdi. Biri dedi qızı alan olmayıb yəqin, biri dedi oğlangil imkanlıdır, biri dedi dövlət hər şərait yaradır Qarabağ əlillərinə.Allah şahid idi ki, o oğlan pinəçi idi. Dalandakı köhnə ayaqqabı köşkündə iqtisadi durumun ağrlığında yerişini itirmiş kasıb-kusubun ayaqqabısını tikməklə özünə çörək pulu qazanırdı.Hamı hər şey dedi.Amma heç kim demədi ki, bəlkə o qız o oğlanı sevirmiş.Bu nə mifdir, nə də mənim uşaq ağlımla alayarımçıq dərk etdiyim həqiqətdir. Bu mənim məhəlləmdə,mənim uşaqlığımda,mənim həyatımda,mənim şəhərimdə baş vermiş əhvalatdır. Mən o qadınları qınamıram, o qadınların çoxu, elə indi bizim çoxumuz da, təsadüfən məsləhət görülən,vasitəçiliklə tapdığı adamlarla ailə qurmuşdular. O qadınlart həyatın rəngsiz olduğunu düşünürdülər. Yanlarında yatan kişinin nəfəs aldığını, xoruldadığını, sevgi sözləri pıçıldadığını da dəfələrlə eşitmiş, görmüşdülər. Amma nə yazıq ki, bircə dəfə də olsun o kişinin işıq saçdığını görməmişdilər.Çünki adam ancaq sevdiyi insanın işıq saçdığını görə bilər.Çünki bir qadın işini-gücünü atıb ancaq sevdiyi insanın yatışını saatlarla seyr edə bilər. Axşamı səbirsizliklə gözləyər ki, sevdiyi insan işdən qayıtsın. Özü də fərqi əlidolu ya əliboş.

Son illərin ən diqqətəşayan əhvalatlarından biri də evlənmək istəyən gənclərin tibbi müayinədən keçirilməsi haqda qəbul olunan qanundur.Əslində bu qanun mənim də ürəyimcədir. Təbii ki, insan ailə qurmazdan əvvəl onu nə gözlədiyini, həyat verəcəyi canlının hansı problemlərlə üzləşə biləcəyini və heç deyilsə də bir canlıya həyat verib, verməyəcəyini bilsə yaxşıdır. Amma burda bir çox əmmalar ortaya çıxır. Görəsən bizim böyrək ağrısını kör bağırsaq tutması ilə qarışıq salan, protez diş döyənəyinə çənə sümüyünün sarkoması diaqnozu qoyan həkimlərimiz iki gəncin taleyini həll edərkən səhvə yol verməzlər ki? Görəsən çoxlarının vicdanını, namusunu, qeyrətini satdığı bu dövrdə köhnə yalanın qarşısını almaq üçün təzə yalanların törəməsinə yol açmazmı bu qanun.Və nəhayıt, mən bu insanların evlənməsinə qadağa qoyulmasını istəmirəm.

Gənclər mütləq tibbi müayinədən keçməlidirlər, buna sözüm yoxdur, bəs onların mənəvi sağlamlığı necə?Bəlkə cisnən sağlam gəncin hansısa biri sonradan, yəni evənəndən sonra xəstələndi. O zaman kim təminat verir ki, qarşı tərəf ona sahib çıxa biləcək. Bax belə, deyəcəksiniz ki, bu Allahın işidir. Elə isə Allahın işi olan çox şeylər var bu dünyada. Mən istəməzdim ki, hansısa təhlillərin üzündən sevgililər ayrılsın. Bəlkə bunu onların ixtiyarına vermək ən doğru seçimdir.Bəlkə də sevdiyini hər halı ilə qəbul edə bilən, ciyərli oğlanlar və cəsarətli qızlar üçündür bu təhlillər.Bəlkə də yolu axıra qədər gedə bilməyənlər elə yolun əvvəlində ayrılsalar yaxşıdır. Bilmirəm, bircə onu bilirəm ki, sevdiyin insanın sabah öləcəyini bilsən belə, onunla ikicə gün adam kimi yaşamaq, sevmədiyin, buz baltası kimi sağlam biri ilə gəncliyini çürütməkdən üstündür.

Bəlkə də dünya Narsislərə aşiq olmuş Afroditaların göz yaşından boğulacaq.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031