manera.az
manera.az

Torpağa yazılar bütün həyatlar | MANERA.AZ

📅 22.10.2015 11:13

Torpağa yazılar bütün həyatlar  | MANERA.AZ
MANERA.AZ gənc Vüsalə Vətənxanın şeirini təqdim edir:

Gələnlər gedəcək, gedənlər gedər,
Ayrılıq ram edər bir taleləri.
Qopacaq özündən bütün sevənlər,
Əllər unudacaq isti əlləri..

Sən də vəfasızsan, mən də vəfasız,
İkimiz də həyatın vəfasızıyıq.
Nə sən əbədisən, nə mən əbədi,
Gəl ölü sevdanı sanmayaq ayıq.

Bizdə yazılacaq qapqara torpaq,
Biz zülmət gecəyə bürünəcəyik.
Torpağa yazılar bütün həyatlar,
Sağ ikən ölümə sürünəcəyik.

Biz ki təbiəti sevib doyunca,
Həyatın qədrini heç bilməmişik.
Kortəki yaşayıb ömür boyunca,
Şükür duyğusuyla heç gülməmişik.

Vüsalə söyləməz, yazar sözlərin,
Bəlkə xatirələr, fikirlər pozar.
Bəlkə ürəklərə yazılar adı,
Ürəklər yurduna xatirə cızar.


Baxış sayı - 2 958 | Yüklənmə tarixi: 22.10.2015 11:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930