manera.az
manera.az

Boş qalan qollar, darıxan ürəklər... | MANERA.AZ

Boş qalan qollar, darıxan ürəklər... | MANERA.AZ
manera.az
Manera.az şair Ayaz Arabaçının yeni şeirini təqdim edir:

Darıxdım...

İyulun qızmarında
palto havalarına darıxdım...
Darıxdım boynuna doladığın isti,yun şərfinə.
Darıxdım gül-çiçəkli adına,
Adının hər hərfinə.
Əvvəlcə,qəzet aldığım
bir köşkə söykənib durdum.
Sonra universitetdə
oxuduğumuz illərin xəyalını qurdum.
Səndən xəbərsiz gəlməyini gözlədm.
Üşüdüm iyulun qızmarında,
paltomun cibinə
soxduğum papağı çıxarıb geyindim.
Bir papiros yandırdım,
bütün darıxanların əvəzinə deyindim.
Dəmiryol vağzalına sarı qalxdım,
Pilləkənlərdə içkili,yaşlı bir rus qarısı
Yiyəsiz vağzal pişiyini qucağına alıb
Özünün kirli xatirələrini əzizləyirdi.
Vağzal adəti üzrə üzü şimala doğru,
Üzü cənuba doğru əlinə keçənlərin
Cibini təmizləyirdi.
Divarlar doluydu yazıyla:"Ağlayan gözlər",
"Boş qalan qollar", Darıxan ürəklər"...
Uzaq səfərə çıxacaq qatarların
Başını tumarlayırdı küləklər.
Çıxıb qəfildən getmək istədim,
Çulğamışdı məni qəribə hisslər.
Adamların arasında kiminləsə
qaçdı-tutdu oynayırdı polislər.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031