
Emin Akif
"Fahişənin doğduğu mələk"
(hekayə)
Haradansa bir səs gəlirdi... Bir inilti. Divarın bu tərəfində Allaha qalxan əllər, o biri tərəfində isə qadına qalxan əllərin olduğu bir vaxt. Bu inilti insanı dəli edərdi. Bu söyüşlü çığır-bağır özlüyündə bir günah daşıyırdı. Hansı ki, ona qalxan əllərin aqibəti qandalda görsənirdi. Amma əsas o qalxan əllərin bir qadına qalxmasında deyildi. O əllər qadını yad əllərdən qurtarmağa da çalışmırdı. O əllər qisas alırdı. O qadın ki, öz ərini yad kişilərə satmışdı. Yad əllərinin istiliyini öz ərinin əllərindən üstün tutduğuna görə o əllər onun qatilinə çevriləcəkdi... Ölümünə fərman yad əllər, qatili isə ərinin əlləri idi. O qadını boşaya da bilərdi. Əgər türk mentalitetini daşımasıydı qalxan əllərin sahibi... O inilti pozğun qadının qucaqlarda qalan namusunun iniltisi idi.
Bu inilti o qadının yad kişilərlə yatdığı zaman inildəməyindən fəqrlənmirdi. İkisinə də səbəb namusun yoxluğu idi... Divarın bu üzündə Allaha qalxan əllər bir mələk parçasının əlləri idi... O mələk parçası ilk dəfə onu dünyaya gətirən ananın fahişə olduğunu bilmişdi. O fahişəliyin nə olduğunu anlamasa da pis bir şey olduğunu bilirdi. Amma o əllər elə o fahişə ana üçün qalxmışdı Allaha. Divarın o tərəfində qalxan əllər düşdü yerə nəhayət. Qadının xırıltısı onun aqibətini müəyyənləşdirən nöqtələr idi... Divarın bu tərəfində Allaha qalxana əllər də endi aşağı. O günahsız uşaq bilirdi ki, anasının fahişə olduğu ona ömür boyu əziyyət verəcək. O "fahişənin doğduğu" damğası ilə yaşayacaqdı... O qalxan əllər isə qandallanıb barmaqlıqlar arasında cəza çəkməyə məhkum idi. O əllərin günahı bir fahişə ilə nigaha girərkən atdığı imzada idi...
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.