manera.az
manera.az

Nobel mükafatlandırılma mərasimi bu il keçirilməyəcək

📅 25.07.2020 18:51

Nobel mükafatlandırılma mərasimi bu il keçirilməyəcək
Dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel mükafatlandırılma mərasimi bu il keçirilməyəcək.

Manera.az xəbər verir ki, koronavirus pandemiyası səbəbilə hər il dekabr ayının ikinci həftəsi keçirilən Nobel mükafatlandırılma mərasiminin keçirilməyəcəyi açıqlanıb.

Dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel sahiblərini təyin edən Nobel Vəqfi, qaliblərin adlarının açıqlanacağını, ancaq mükafatlarının yeni formata uyğun olaraq veriləcəyini bildirib.

Xatırladaq ki, Nobel mükafatlandırılma mərasiminin keçirilməsinə ilk dəfə 1956- cı ildə Sovet hakimiyyətinin Macarıstanı işğal etməsi səbəbilə etiraz edilmişdi. Mərasimin keçirilməsi I və II Dünya müharibəsi illərində də ləğv olunmuşdu.


Baxış sayı - 723 | Yüklənmə tarixi: 25.07.2020 18:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930