manera.az
manera.az

Türkiyəli Nobel mükafatçısının evi muzey olacaq

📅 06.02.2020 17:00

Türkiyəli Nobel mükafatçısının evi muzey olacaq
Kimya üzrə Nobel mükafatı laureatı (2015), dünya şöhrətli türk professor Əziz Sancarın Mardinin Savur qəsəbəsindəki evi muzeyə çevriləcək.

Manera.az xəbər verir ki, Mardin Böyükşəhər Bələdiyyəsi tərəfindən muzeyin layihəsi üzərində işlərə başlanılıb.

Ə.Sancar 1946-cı ildə üçmərtəbəli, 36 otaqlı bu imarətdə anadan olub.
Türkiyəli Nobel mükafatçısının evi muzey olacaq
1969-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra bir müddət doğulduğu qəsəbədə həkimlik fəaliyyəti ilə məşğul olub, eyni zamanda yaşadığı evdən xəstəxana kimi də yararlanıb.

Muzeyin açılışına hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Tibb fakültəsində çalışan görkəmli alimin də dəvət edilməsi nəzərdə tutulur.


Baxış sayı - 967 | Yüklənmə tarixi: 06.02.2020 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930