manera.az
manera.az

Türkiyədən Azərbaycana qardaşlıq nümunəsi: tibbi yardım göndərdi

Türkiyədən Azərbaycana qardaşlıq nümunəsi: tibbi yardım göndərdi
Türkiyə Azərbaycana koronavirus pandemiyası ilə mübarizə məqsədilə tibbi yardım vasitələri göndərib.

Manera.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb:

"Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərmiş və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib.

Bu gün də qardaş ölkə Can Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərir.

Türkiyə, virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və halhazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir. Bu gün etdiyimiz bu yardım da Qardaş Azərbaycanın mübarizəsinə töhvə xarakterindədir.

Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın da güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza baş sağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik".

Türkiyədən Azərbaycana qardaşlıq nümunəsi: tibbi yardım göndərdi
Türkiyədən Azərbaycana qardaşlıq nümunəsi: tibbi yardım göndərdi
Türkiyədən Azərbaycana qardaşlıq nümunəsi: tibbi yardım göndərdi
Türkiyədən Azərbaycana qardaşlıq nümunəsi: tibbi yardım göndərdiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031