manera.az
manera.az

Erkan Özoral: Azərbaycan bizim yanımızda oldu

📅 30.01.2020 09:45

Erkan Özoral: Azərbaycan bizim yanımızda oldu
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral zəlzələ ilə bağlı Azərbaycanın Türkiyəyə yardım göstərməsi məsələsinə aydınlıq gətirib.

Manera.az xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi zəlzələ ilə bağlı Türkiyəyə lazımi yardım göstərib: "Zəlzələnin ilk anından etibarən Azərbaycanın rəsmi dövlət qurumları, həm Xarici İşlər, həm də Fövqəladə Hallar nazirlikləri Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər".

Səfirin sözlərinə görə, zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: "Azərbaycan bizim yanımızda oldu. Həm hər iki ölkənin səfirlikləri, həm də müvafiq qurumları vasitəsilə əlaqələr saxlanıldı. Türkiyə tərəfi nə istədisə, Azərbaycan tərəfi onu da verdi. Yəni Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan yardımları edib".

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.


Baxış sayı - 2 605 | Yüklənmə tarixi: 30.01.2020 09:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031