manera.az
manera.az

"Çölçü" doqquz yeni mükafat aldı

📅 04.07.2020 18:34

"Çölçü" doqquz yeni mükafat aldı
Rejissor Şamil Əliyevin “Çölçü” filmi Avstraliya, Nepal və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə doqquz mükafata layiq görülüb.

Manera.az xəbər verir ki, “Çölçü” filmi “Old Monk İnternational Film Festival”da (fevral-may 2020, Nepal–Katmandu) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi və ssenari), “Sand Dance International Film Festival”da (yanvar-may 2020, Hindistan–Racastan) 4 dörd kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi, operator və musiqi) mükafat qazanıb.

Həmçinin “Wonderland International Film Festival” (yanvar-iyun 2020, Avstraliya–Sidney) və “Monthly Online İnternational Film Festival” (iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıb.

“Çölçü” 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyevdir. Film indiyədək 50-dən artıq müxtəlif mükafata layiq görülüb.


Baxış sayı - 787 | Yüklənmə tarixi: 04.07.2020 18:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930