manera.az
manera.az

“Çölçü” filmi Hindistanda mükafat aldı

📅 28.02.2019 20:22

“Çölçü” filmi Hindistanda mükafat aldı
Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən “Crown Wood International” Film Festivalında “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

Manera.az xəbər verir ki, “Çölçü” filmi Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub.

Filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filmi 5 qitəni əhatə edən 44 Beynəlxalq Kino Festivalında və forumlarında iştirak edərək, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa” və başqa mükafatlar qazanıb.

MANERA.AZ


Baxış sayı - 1 188 | Yüklənmə tarixi: 28.02.2019 20:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031