manera.az
manera.az

“Çölçü” filmi 4 yeni mükafat aldı

📅 24.04.2020 15:30

“Çölçü” filmi 4 yeni mükafat aldı
Şamil Əliyevin “Çölçü” filmi MONT. BLANC İNTERNATİONAL MOVİE FEST 2020 (Fransa, Paris) beynəlxalq festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülüb.

Manera.az xəbər verir ki, müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar onlayn formatda elan olunmuşdu.

“Çölçü” 4 kateqoriya üzrə qalib elan olunub: Ən Yaxşı Bədii film (rejissor Şamil Əliyev), Rejissor nailiyyətinə görə mükafat (Şamil Əliyev), Ən Yaxşı Operator (Rafiq Quliyev), Ən Yaxşı montaj (Fərid Axundov, Rafiq Quliyev)

2012-ci ilin istehsalı olan Şamil Əliyevin “Çölçü” filminin gündəmdə olmasının səbəbi, rejissorun sözlərinə gürə “Bunun səbəbi filmin qldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan Dünya ilə milli özgür mədəniyyət arasındakı antroploji katastrofa filmin əsas niyyətini təşkil edir ”

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 69 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.


Baxış sayı - 682 | Yüklənmə tarixi: 24.04.2020 15:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031