manera.az
manera.az

“Çölçü” filmi beynəlxalq festivalda

“Çölçü” filmi beynəlxalq festivalda
Azərbaycan istehsalı olan "Çölçü” filmi "L’Age d’Or International Arthouse” Film Festivalının bu ilin yanvar ayı üçün "Ən yaxşı bədii film” ("Çölçü”), "Ən yaxşı rejissor” (Şamil Əliyev), "Ən yaxşı aktrisa” (Salome Demuria), "Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.

Bu barədə Manera.az-a filmin rejissoru Şamil Əliyev bildirib.

Onun sözlərinə görə, bu mükafatlara layiq görülməklə film, eyni zamanda, "Pıgeon D’or Awards” mükafatının nominantı da elan olunub. Bu mükafat bu ilin oktyabrında Hindistanın Kolkata şəhərində təqdim olunacaq.

Qeyd edək ki, "Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 43 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31