Xalq artisti koronavirusdan vəfat etdi

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev koronavirusdan vəfat edib.
Manera.az xəbər verir ki, bu barədə TƏBİB-in açıqlamasında qeyd olunub.
Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirib.
Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!