manera.az
manera.az

Xalq artisti vəfat edib

📅 29.02.2020 16:32

Xalq artisti vəfat edib
Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Manera.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.


Baxış sayı - 818 | Yüklənmə tarixi: 29.02.2020 16:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930