manera.az
manera.az

“Eurovision-2021” bu şəhərdə keçiriləcək

📅 17.05.2020 18:32

“Eurovision-2021” bu şəhərdə keçiriləcək
Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bu il təxirə salınan “Eurovision” Mahnı Müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.

Manera.az xəbər verir ki, bu barədə müsabiqə təşkilatçıları qərar qəbul edib.

Qeyd edək ki, artıq Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər.

Müsabiqənin “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır.

Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.

Xatırladaq ki, Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edirdi.


Baxış sayı - 697 | Yüklənmə tarixi: 17.05.2020 18:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031