manera.az
manera.az

Azərbaycanı "Eurovision 2019"-da Çingiz Mustafayev təmsil edəcək

📅 09.03.2019 11:21

Azərbaycanı "Eurovision 2019"-da Çingiz Mustafayev təmsil edəcək
Azərbaycanın "Eurovision 2019” təmsilçisi müəyyənləşib.

Manera.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizi gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.

Müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth” adlanan əsəri ilə çıxacaq.

Qeyd edək ki, bəstəkarın mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib.

MANERA.AZ


Baxış sayı - 1 420 | Yüklənmə tarixi: 09.03.2019 11:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930