manera.az
manera.az

“Gənc istedadları sən də tanı” sərgisinin qalibləri MANERA.AZ

📅 21.07.2015 10:59

“Gənc istedadları sən də tanı” sərgisinin qalibləri MANERA.AZ
manera.az
İyulun 15-də və 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Gənc istedadları sən də tanı” adlı sərgi keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan sərgidə 80-ə yaxın gənc və həvəskar rəssamın əsərləri nümayiş etdirilib.

Açılış mərasimində muzey-sərgi kompleksinin direktoru Lalə Eldarova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək belə sərgilərin istedadlı gənclərin üzə çıxarılması və həvəsləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Müsabiqə komissiyasının sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İstedad” yaradıcılıq kursunun baş müəllimi və metodisti Nadir Cəfərov isə qaliblərin seçilməsi zamanı yaradıcılıq, üslub, texnika və ideyaya üstünlük verildiyini bildirib.

Komisiyanın qərarı ilə Hamed Lotfollahpour və İnarə Əliyeva 1-ci yerə, Sürəyya Abdullalı və Nərmin Hümbətova 2-ci yerə, Ramazan Məmmədov və Könül Nəcəfli isə 3-cü yerə layiq görülüblər.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.


Baxış sayı - 1 647 | Yüklənmə tarixi: 21.07.2015 10:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031