manera.az
manera.az

İnklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq

📅 06.05.2020 13:20

İnklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq
Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Nazirlikdən Manera.az-a verilən xəbərə görə, əmrə əsasən, pilot təhsil müəssisələrində - Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini, məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etməlidir.


Baxış sayı - 909 | Yüklənmə tarixi: 06.05.2020 13:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031