manera.az
manera.az

Karantin günlərində sərnişin sayı 85 faiz azalıb - Açıqlama

📅 18.04.2020 08:52

Karantin günlərində sərnişin sayı 85 faiz azalıb - Açıqlama
xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb

Xüsusi karantin rejimi dövründə Respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) cari ilin 1-3 aprel tarixlərində 231624, 4-6 aprel tarixlərində 124292, 7-9 aprel tarixlərində 63653, 10-12 aprel tarixlərində 69043 və 13-15 aprel tarixlərində 73275 sərnişin daşınıb. Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68.4 % azalıb.

Bu barədə Manera.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.


Nuridə Allahyarova həmçinin bildirib ki, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75400, 4-6 aprel tarixlərində 54405, 7-9 aprel tarixlərində 45275, 10-12 aprel tarixlərində 43460 və 13-15 aprel tarixlərində 46160 sərnişin daşınıb. Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8 % azalıb.


"Ötən müddət ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb."- deyə Nuridə Allahyarova bildirib.


Nuridə Allahyarova sonda avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin edilməsi məqsədilə xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirlərinin davam etdiyini vurğulayıb.

Manera.az


Baxış sayı - 996 | Yüklənmə tarixi: 18.04.2020 08:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031