manera.az
manera.az

Təhsil Nazirliyi tapşırıq verdi: Koronavirusla bağlı

📅 27.02.2020 13:02

Təhsil Nazirliyi tapşırıq verdi: Koronavirusla bağlı
Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib.

Maner.az xəbər verir ki, tapşırıqda bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir.

Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb.

Aparat rəhbəri qeyd olunan vəziyyəti nəzərə alaraq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) bir sıra tədbirlərin görülməsini tapşırıb.

Həmin tədbirlər bunlardır:

- Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi.

- Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi.

- Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması.

- Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması.

- Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması.

- Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.


Baxış sayı - 789 | Yüklənmə tarixi: 27.02.2020 13:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031