manera.az
manera.az

“Çölçü” filmi “Dumbo film” festivalında

“Çölçü” filmi “Dumbo film” festivalında
2012-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında çəkilmiş "Çölçü” filmi "Dumbo film” festivalının müsabiqə proqramına daxil edilib.

Filmin rejissoru Şamil Əliyevin Manera.az-a verdiyi məlumata görə, bu festivala 36 ölkədən 354 sifariş daxil olub.

"Çölçü” filmində arxaik aləmdə yaşayan çölçü ilə müasir mədəniyyətin daşıyıcısı olan gənc qızın münasibətlərindən bəhs edilir. Atasının ölümündən sonra dərviş kimi yaşayan çölçü bu kəndli qızı ilə rastlaşandan sonra onun həyatı tamam dəyişir.
“Çölçü” filmi “Dumbo film” festivalında
Son illərdə çoxsaylı titullara layiq görülmüş "Çölçü” filmi rejissor Şamil Əliyevi bütün dünyada məşhurlaşdırıb. 2014-cü ildə "Xarici dildə ən yaxşı film” nominasiyasında "Oskar” mükafatına namizədlərin ilkin siyahısına daxil edilmiş "Çölçü” filmi onlarca beynəlxalq festivalda iştirak edib və demək olar ki, bütün nominasiyalarda 20-dən çox mükafat alıb.

Qırxdan çox beynəlxalq festivalda təqdim olunmuş bu film müxtəlif nominasiyalarda ən yaxşı ekran əsəri hesab edilib, filmin yaradıcı kollektivi müvafiq mükafatlara və diplomlara layiq görülüb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31