Şair Həmid Abbasın 80 illiyinə həsr olunmuş ədəbi-bədii gecə - MANERA.AZ
![]()
Qazaxda Əməkdar İncəsənət Xadimi, şair Həmid Abbasın anadan olmasının 80 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə rayonun mədəniyyət işçiləri, fəal oxucular, məktəblilər və ziyalılar iştirak ediblər.
Gecəni giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açaraq Həmid Abbasın Azərbaycan ədəbiyyatında öz dəsti- xətti, yeri olan, vətəninə, soykökünə bağlı vətəndaş, şair olduğunu qeyd edib. Onun əsərlərinin oxucular tərəfindən sevilə-sevilə oxunduğunu, şeirlərinə mahnılar bəstələndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
MKS-nin şöbə müdiri Fatma Hüseynova şairin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Məruzədə Həmid Abbasın nəcib, xeyirxah, qayğıkeş bir vətəndaş olduğu göstərilib. Onun vətənin tarixini, gözəlliklərini və qələbələrini vəsf edən, yurdun ağır günündə birgə olmağa çağırış ruhlu vətənpərvər şeirlər yazdığı qeyd olunub.
Tədbirdə məktəbli fəal oxuculardan Sübhan Hacıyev, Fərid Mikayılov, Gülbahar Mustafayeva və başqaları şairin şeirlərindən parçalar söyləyiblər. Gənc aşıqlardan Elvin Cəfərov, Səxavət Xəlfəquliyev və Amil Kərimovun ifalarında şairin sözlərinə yazılmış mahnılar oxunub.
Tədbirin sonunda "Şair Həmid Abbas 80" adlı sərgiyə baxış keçirilib.