manera.az
manera.az

Şəki Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib

📅 15.01.2020 17:05

Şəki Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib
Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib.

Manera.az xəbər verir ki, teatrın səhnəsində cari ildə Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti”, Sabit Rəhmanın “Yalan” komediyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ağaməhəmməd şah Qacar” əsəri və uşaqlar üçün Nazim Hikmətin “Kor padşah” nağılı tamaşaya qoyulacaq.

Əməkdar incəsənət xadimi Sabit Rəhmanın “Yalan”, görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin isə “Ağaməhəmməd şah Qacar” əsərlərinin seçilməsində məqsəd dramaturqların anadan olmasının 110 və 150 illik yubileylərinin bu ilə təsadüf etməsi ilə əlaqədardır.

Hazırda teatrda Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” əsərinin məşqləri gedir. Əsər Azərbaycanın xanlıqlar dövrünün tarixinə işıq salır. Burda həm xanlıqlar arasındakı ədavət, həm Nadir şah hakimiyyəti dövründə yerli əhalinin başına gətirilən oyunlar, həm də Şəki xanı Hacı Çələbinin ailəsində baş verən hadisələrdən söhbət açılır.

İki hissəli dram Azərbaycan tarixinin bilicisi, Dövlət Mükafatı laureatı, Akademik, Milli Məclisin deputatı Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.


Baxış sayı - 1 081 | Yüklənmə tarixi: 15.01.2020 17:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031