manera.az
manera.az

“Vaqif” yeni baxışda |MANERA.AZ

📅 09.06.2016 11:19

“Vaqif” yeni baxışda  |MANERA.AZ

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Bakıda Musiqili Teatrın səhnəsində Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirib.

Səhnə əsərinə Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayev quruluş verib.

Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə şair Vaqif Aslan yazıb.

Səhnə əsərində Vaqif obrazını Əməkdar Artist Əbülfət Salahov, Qacar obrazını isə Əməkdar Artist Xanlar Həşimzadə ifa edib.

Tamaşanın maraqlı cəhətlərindən biri əsərdə heç bir qadın personajının olmamasıdır. Bütün obrazları ancaq kişilərdən ibarət olan tamaşada Təlxək obrazını Əməkdar Artist İqrar Salamov canlandırır.

Hazırda Bakıda qastrol səfərində olan Şəki Teatrının məqsədi bu tamaşanı nümayiş etdirmək və paytaxt sakinləri qarşısında hesabat verməkdir.


Baxış sayı - 1 737 | Yüklənmə tarixi: 09.06.2016 11:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031