Şəki Teatrı mövsümü “Hərənin bir ulduzu” ilə bağlayır

Bu gün Şəki Dövlət Dram Teatrı növbəti mövsümü Əli Səmədlinin “Hərənin bir ulduzu” tamaşasıyla başa vurur.
Teatrdan MANERA.AZ-a verilən xəbərə görə, tamaşaya rejissor Arzu Əhmədova quruluş verib. Quruluşçu rəssam Nicat Məmmədov, geyim üzrə rəssam Sahib Əhmədovdur. Musiqi tərtibatı Zeynəb Orucovaya məxsusdur. Rəqsləri Çingiz Novruzəliyev qurub.
Rollarda Xəyal Salahov (Xeyir), Fərahim Fətəliyev (Şər), Günay Novruzəliyeva (Gülgün), Lalə Məmməd (Gülgünün anası), Rəhim Qocayev (Şah), İlkin Rüstəmov (carçı) və başqaları çıxış edir.
Tamaşa yuxarı yaşlı uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulur.