manera.az
manera.az

Şəki Teatrı Bakıya gəlir... MANERA.AZ

📅 02.06.2016 11:14

Şəki Teatrı Bakıya gəlir... MANERA.AZ


Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gələcək.Bu barədə Manera.az saytına Şəki Teatrının baş rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimli açıqlama verib.

Baş rejissorun Manera.az verdiyi məlumata görə, qastrol tamaşası 7-8 iyunda Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində nümayiş etdiriləcək.
Qastrol tamaşası,görkəmli şair Səməd Vurğunun "Vaqif" dramı olacaq.

Qeyd edək ki,S.Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlandığı tamaşaya Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Rejissor Mərdan Feyzullayevin quruluş verib.Tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur.
Tamaşada rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə,İqrar Salamov həmçinin teatrın aktyorları Akif Yusifov, Rəhim Qocayev və başqaları ifa edir.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 550 | Yüklənmə tarixi: 02.06.2016 11:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031