manera.az
manera.az

"Potensial Məktəb Direktorları" layihəsinin buraxılış gecəsi | MANERA.AZ

📅 06.08.2015 12:28

"Potensial Məktəb Direktorları"  layihəsinin buraxılış gecəsi | MANERA.AZ
manera.az/
Bu günlərdə Xəzər univerisitəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi, UNİSEF və Xəzər univerisitəsinin birgə həyata keçirdiyi "Potensial Məktəb Direktorları" layihəsinin buraxılış gecəsi keçirilib.

Qeyd edək ki, layihə ümumilikdə bir neçə mərhələdən ibarətdir. İlkin mərhələdə iştirakçıların TECH-6 formaları təqdim olunur, seçilmiş pedaqoqlar bu mərhələni keçdikdən sonra digər mərhələdə test və açıq suallardan ibarət imtahandan keçirlər. Lazım olan keçid balını toplamış namizədlər növbəti müsahibə mərhələsinə keçerek oradan da uğurla adlaya bilirlərsə iştirakçı hüququ adını qazanırlar. 216 saatlıq (30 təhsil krediti) təlim paketi 3 ay müddətində öyrədilir üdavimlərə. Ciddi və çətin aralıq yoxlama imtanları və yekun imtahan olduqdan sonra namizədlər Peşəkar İnkişaf Sertifikatı alırlar. BUndan sonrakı mərhələdə isə məzunlar Təhsil nazirliyində yoxlama imtahan və müsahibədən keçərək lazımi miqdrda bal toplayırlarsa direktor çalışmaq üçün təyinat olunacı günü gözləyirlər. Dünya təhsil sisteminə inteqrasiya olunmağımız və bu kimi uğurlu addımlarla təhsilimizin inkişafına xidmət göstərən layihələrin təşkili həqiqətəndə ürəkaçandır. Bu Ölkə rəhbərliyinin təhsilə qayğısı diqqəti nəticəsində İslahatın nailiyyətlərindən hesab olunur. Bu işdə isə beynəlxaq təşkilatların cəlb olunması isə dünya təhsilinə inteqrasiyanı sürətləndirir.

Tədbirdə Peşəkar İnkişaf Sertifikatını alanlardan biri də yazıçı, publisist, qabaqcıl təhsil mütəxəssisi Nizami Məmmədli olub. Biz də manera.az olaraq Nizami müəllimi təbrik edir, işlərində uğurlar arzu edirik!

Safura


Baxış sayı - 3 504 | Yüklənmə tarixi: 06.08.2015 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031