manera.az
manera.az

Ölkəmizdə Polyak dili və mədəniyyətinə göstərilən diqqət...|MANERA.AZ

📅 18.06.2015 15:12

Ölkəmizdə Polyak dili və mədəniyyətinə göstərilən diqqət...|MANERA.AZ
manera.azmanera.az

Polşa Olimpiya Komitəsinin sədri BSU-da olub


Bakı Slavyan Universitetinin növbəti qonağı Polşa Olimpiya Komitəsinin sədri, Dr. Vitold Rıbçinski, Polşa Olimpiya Komitəsinin katibi Marjena Kosjevska, Polşa Əməkdaşlıq Komissiyasının xaricdə yaşayan polyaklar üzrə katibi Marian Doros və qılıncoynatma üzrə ikiqat olimpiya medalçısı Marian Sipnievski olub. Nümayəndə heyətini qəbul edən ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev onlarla söhbət zamanı BSU-da fəaliyyət göstərən Polyak dili və mədəniyyəti mərkəzi və onun fəaliyyəti haqqında məlumat verib.

Rektor BSU-nun xarici universitetlərlə, o cümlədən Polşanın Varşava Universiteti ilə əlaqələri barədə danışıb.

Qeyd edilib ki, BSU tərəfindən polyak dilində Azərbaycan ədəbiyyatı nümunələri çap olunub.

Görüş çərçivəsində Azərbaycan və Polşa arasında mövcud olan mədəni, siyasi əlaqələrdən söhbət açılıb. Azərbaycanda olmağından məmnun qaldığını deyən Dr. Vitold Rıbçinski Bakının əsrarəngiz gözəlliyə malik olduğunu deyib.

Sədr BSU-da polyak dili və mədəniyyətinə göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra qonaqlar Polşa Diaspora Cəmiyyətinin sədri Olqa Yujanina və Cəmiyyətin üzvləri ilə görüşüblər. Görüş əsnasında Polşa Olimpiya hərəkatının inkişafı və polyakların Bakı 2015 ilk Avropa oyunlarındakı uğurlarından danışıblar. Səmimi keçən görüşdən razı qalan qonaqlar onlara ünvanlanan sualları cavablandırıblar.

Aytəkin Qardaşova

Ölkəmizdə Polyak dili və mədəniyyətinə göstərilən diqqət...|MANERA.AZ


Baxış sayı - 2 423 | Yüklənmə tarixi: 18.06.2015 15:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031