manera.az
manera.az

“Sevgi şərbəti” operası nümayiş ediləcək

“Sevgi şərbəti” operası nümayiş ediləcək
Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, səhnə əsərində Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və başqaları iştirak edəcəklər.

Operanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini ərsəyə gətirib. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran “Sevgi şərbəti” operası da məhz bu illərdə yaranıb. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılıb və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında opera 2013-cü ildə tamaşaya qoyulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031