manera.az
manera.az

ADMİU-nun “Otello əfsanəsi” təqdim olunacaq

📅 11.10.2019 16:16

ADMİU-nun “Otello əfsanəsi”  təqdim olunacaq


14 oktyabr tarixində saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun SABAH qruplarının tələbələrinin ifasında U.Şekspirin əsəri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası nümayiş olunacaq.

Məlumat üçün bildirək ki,Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış edirlər.
ADMİU SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri dosent Fikrət Məlikovdur.
Qeyd edək ki, “Otello əfsanəsi” Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” adlı festivalda “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub.

ADMİU-nun “Otello əfsanəsi”  təqdim olunacaq

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 509 | Yüklənmə tarixi: 11.10.2019 16:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930