Hər ağrıda bir sən - Şeirlər

***
Saçların dağınıqdır.
Buyur, saçlarını dara
əlimlə...
Kimisi sevər,
öpüb gedər.
Kimisi nifrət edər,
atıb gedər.
Sənsə...
Sənsə baxıb getdin ...
***
Hər şəkil bir xatirə,
hər xatirə bir ağrı.
Hər ağrıda bir sən,
Necə çətindir,bilmirsən...
***
Hər yerdəydin:
Kiminin duruşunda...
Kiminin gülüşündə...
Bircə yanımda deyildin...
***
Üşüyən bədənlər
qucaq istər bilirsənmi?!
Qucaq-qucaq...
Sənsə məndən uzaqdasan.
Uzaq,uzaq...
***
Mən səni...
Məni səni...
Unutdum...
Unutdum nə deyəcəyimi...
***
Verim saxla məni əllərində
dəyərli əşyan kimi...
Məsələn:Telefon kimi...
Baxışlarınla toxun gözlərimə,
açılsın ürəyim...
Axtar orda sevgini,
bəlkə,sən tapdın ...
Bayram MUSTAFAZADƏ