manera.az
manera.az

Maestro Niyazinin xatirəsi yad olunacaq

📅 19.08.2019 15:04

Maestro Niyazinin xatirəsi yad olunacaq


Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

Maestronun adını daşıyan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Manera.az-a bildirib ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtı ilə dirijoru olduğu konsertlərdən videofraqmentlər nümayiş olunacaq.

Həmçinin həmin gün Niyazinin Fəxri xiyabandakı məzarı ziyarət olunacaq.

Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 807 | Yüklənmə tarixi: 19.08.2019 15:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031