manera.az
manera.az

Xalq artistinin mənzilində “Açıq qapı” günü

📅 01.08.2017 10:00


Xalq artistinin mənzilində “Açıq qapı” günü
Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin vəfatından 33 il ötür.

Manera.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək. Bundan başqa, Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq.

Avqustun 2-dən start veriləcək “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.

Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.


Baxış sayı - 1 323 | Yüklənmə tarixi: 01.08.2017 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930