manera.az
manera.az

Gədəbəydə Milli Yaylaq Festivalı başladı -FOTOlar

📅 27.07.2019 12:11

Gədəbəydə Milli Yaylaq Festivalı başladı -FOTOlar

Gədəbəy rayonunda Milli Yaylaq Festivalı başlayıb

Manera.az xəbər verir ki, festival rayonun Miskinli yaylağında keçirilir.

Azərbaycan xalqının zəngin, çoxəsrlik yaylaq və elat mədəniyyətinin, ərazilərin turizm potensialının üzə çıxarılması məqsədiylə Azərbaycanda ilk dəfə olaraq, Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilir.

Cavad Xan Tarix və Mədəniyyət Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi 26 iyulda baş tutub.

Açılış mərasimində Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və digər şəxslər iştirak ediblər.

3 gün davam edəcək festival çərçivəsində əski xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri hazırlanacaq, yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası da olacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına da yer veriləcək.

Tədbir zamanı qonaqlar və turistlər arasında masa güləşi, kəndir dartma kimi kütləvi oyunların da keçirilməsi planlaşdırılır.

Şəhla,
MANERA.AZ

Gədəbəydə Milli Yaylaq Festivalı başladı -FOTOlar
Gədəbəydə Milli Yaylaq Festivalı başladı -FOTOlar
Gədəbəydə Milli Yaylaq Festivalı başladı -FOTOlar
Gədəbəydə Milli Yaylaq Festivalı başladı -FOTOlar
Gədəbəydə Milli Yaylaq Festivalı başladı -FOTOlar


Baxış sayı - 1 859 | Yüklənmə tarixi: 27.07.2019 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031