manera.az
manera.az

“Qürubda Günəş” təqdim edilib - FOTOLAR | MANERA.AZ

“Qürubda Günəş” təqdim edilib - FOTOLAR | MANERA.AZ
manera.az
Bu gün Şabran şəhərindəki Xaqani Poeziya Evində Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun və Rayon Mədəniyyət şöbəsinin müdiri Əhməd Səmədovun da iştirakı ilə AYB-nin üzvü, Xaqani Poeziya Evinin direktoru, şairə Aybəniz Əliyarın “Azəri” nəşriyyatında yeni nəşr olunmuş “Qürubda günəş” adlı şeirlər kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, Şabran rayon Mədəniyyət Şöbəsinin inspektoru Şəfiqə Məmmədovanın aparıcılığı ilə keçirilən tədbirdə ölkəmizin şimal zonasında yaşayan yazarlar, habelə paytaxt Bakıdan və Sumqayıtdan gələn qonaqlar iştirak ediblər.

İlk söz alan kitabın redaktoru, şair Məzahir Zeynal müəllifin sayca beşinci kitabı olan “Qürubda günəşin” poetik dəyərindən və bədi məziyyətlərindən danışıb. Sonra söz yerli yazarlara verilib. Şabranda yaşayan tanınmış yazıçı, prezident təqaüdçüsü Aydın Tağıyev, “Şabran” Ədəbi Məclisinin sədri Qafar Süleymanlı, “Şabran” rayon qəzetinin redaktoru Çingiz Xalidoğlu, Xaçmaz şəhərində fəaliyyət göstərən "Ulduzlar" ədəbi məclisinin sədri Fərzalı Ziyanur, yerli şairlərdən Təvəkkül Kərim, Bayram Novruz həmyerlilərinin yeni kitabı haqqında öz ürək sözlərini dilə gətirib, ona yeni yaradıcılıq uğurları diləyiblər.

Sonra söz uzun illərdir Qubada fəaliyyət göstərən “Ay İşığı” Ədəbi məclisinin sədri, tanınmış şair Ramiz Qusarçaylıya verilib. O, Aybəniz Əliyarı gənc nəslə mənsub olan istedadlı bir şair olmaqla yanaşı, eyni zamanda regionun ədəbi mühitinin tərəqqisində xidməti olan bir ziyalı kimi dəyərləndirib.

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı “Qürubda günəş” kitabını müəllifin yeni ədəbi uğuru hesab etdiyini dilə gətirib və Aybəniz Əliyarın regionlar arasında ədəbi əlaqələrin gücləndirilməsində xüsusi xidmətlərinin olduğunu qeyd edib.

Sumqayıtdan gəlmiş şair-publisist, ”Xalq Qəzeti”nin bölgə müxbiri Əli Nəcəfxanlı, nasir-tərcüməçi Arif Ərşad da müəllifin yeni işıq üzü görmüş kitabı haqqında öz fikirlərini bildirib, ürək sözlərini söyləyiblər.

AYB-nin Şimal zonası üzrə bölgə sədrinin müavini, şair-tənqidçi Zakir Məmməd Aybəniz Əliyarın ümumi yaradıcılığı haqqında öz fikirlərini söyləyib, yeni kitabının işıq üzü görməsi münasibəti ilə müəllifi təbrik edib.

“ULDUZ” jurnalının poeziya şöbəsinin redaktoru, şairə Fərqanə Mehdiyeva, Sumqayıtda fəaliyyət göstərən “Zərif” Qadın ədəbi Məclisinin sədri, şairə Xatirə Fərəcli, “Birlik” qəzetinin əməkdaşı, jurnalist Sevinc Məmmədova, oxucular adından söz alan Səlma Tağılı Aybəniz Əlyarın yeni kitabına daxil edilmiş şeirlərdən nümunələr söyləyərək kitabın uğurlu bir şeir kitabı nümunəsi olduğunu dilə gətiriblər.

Sonra söz təqdimatı keçirilən kitabın müəllifi, şairə Aybəniz Əliyara verilib. O, tədbirə qatılan qələm dostlarına, uzaqdan gələn qonaqlara və tədbirin təşkil olunmasında zəhməti keçən hər kəsə təşəkkürünü bildirərək və yeni şeirlərindən nümunələr oxuyub.

Sonda Şabran rayon İcra Hakimiyyətinin başçısı, yazıçı Novruz Nəcəfoğlu çıxış edərək rayonun mədəni həyatında baş verən yeniliklərdən və inkişafdan danışaraq, Aybəniz Əliyarın Xaqani Poeziya Evinin rəhbəri olaraq fəaliyyətini və eyni zamanda yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edib.

Daha sonra onu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.

Təqdimat mərasimi şairlərin öz şeirlərindən nümunələr söyləmələriylə yekunlaşıb.

MANERA.AZ

“Qürubda Günəş” təqdim edilib - FOTOLAR | MANERA.AZ
“Qürubda Günəş” təqdim edilib - FOTOLAR | MANERA.AZ
“Qürubda Günəş” təqdim edilib - FOTOLAR | MANERA.AZ
“Qürubda Günəş” təqdim edilib - FOTOLAR | MANERA.AZ

Fotolar Şakir Rəhmanındır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728