Rauf Qaraişığdan “77 şeir” | MANERA.AZ
manera.az
Bu gün şair Rauf Qaraişığın yeni kitabı olan “77 şeir”in təqdimat və imzalama mərasimi keçirildi.
«Azəri» nəşriyyatının konfrans zalında baş tutan tədbiri giriş sözü ilə Əli Kərim adına poeziya kulubunun rəhbəri, şair İbrahim İlyaslı açdı. O, gəncliyinin şairini təbrik edərək yaradıcılıq uğurları arzu etdi.
Tədbirdə iştirak edən bir çox ədəbiyyat adamları çıxış edərək Rauf Qaraişığı təbrik etmiş və onu vətəndə gördüklərinə şad olduqlarını bildirdilər.
Qeyd edək ki, Rauf Qaraişıq Sumqayıt şəhərində doğulub böyüsə də o 2008-ci ildən Southamptonda yaşayır. Şairin qələm dostları çıxış edərək onun necə uğurlu yaradıcılıq yolu keçdiyini vurğuladı, onun şeirlərindən nümunələr səsləndirdi, müəllifə yaradıcıq axtarışlarında yeni-yeni uğurlar arzuladılar.
Daha sonra söz Rauf Qaraişığa söz verildi. O çıxış edərək onun yaradıcılığına göstərilən diqqətə, ünvanına səslənən xoş sözlərə və arzulara görə təşəkkür etdi, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Tədbir müəllifin son dövrlərdə yazdığı şeirlərinin yer aldığı "77 şeir" kitabının imzalanması mərasimi ilə yekunlaşdı.
Çinarə
Manera.az