manera.az
manera.az

VII Muğam Müsabiqəsinin finalı keçiriləcək

📅 10.06.2019 22:44

VII  Muğam Müsabiqəsinin finalı keçiriləcək
İyunun 15-də Heydər Əliyev Mərkəzində VII Muğam Televiziya Müsabiqəsinin final gecəsi keçiriləcək.

Manera.az xəbər verir ki, VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - İlahə Rüstəmova, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Faiq Əkbərov və Zülfiyyə Cəbrayılzadə ifalarını təqdim edəcəklər.

Müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

VII Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilir.

Qeyd edək ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-i layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.

MANERA.AZ


Baxış sayı - 1 071 | Yüklənmə tarixi: 10.06.2019 22:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930