manera.az
manera.az

Yeddinci Muğam Müsabiqəsi başlanır

📅 13.03.2019 10:56

Yeddinci Muğam Müsabiqəsi başlanır
Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsinin son məşq prosesi yekunlaşıb.

Manera.az xəbər verir ki, dörd ay davam edəcək builki müsabiqədə 20 iştirakçı qələbə üçün mübarizə aparacaq. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək. VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib . Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır.

Münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

AzTV və “Mədəniyyət” kanalları müsabiqənin ilk həftəsini martın 12-14-də yayımlayacaq. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində “Mədəniyyət” kanalı vasitəsilə canlı olaraq yayımlanacaq.

MANERA.AZ


Baxış sayı - 1 390 | Yüklənmə tarixi: 13.03.2019 10:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031